• 23.03.2026 » 17:30

40 min abonent qazsız qalacaq

40 min abonent qazsız qalacaq © sabirabadxeber.az
Şrift ölçüsü:

Sabah Sumqayıtda 40 min abonentin qaz təchizatında fasilə yaranacaq.


"Sabirabadxəbər" xəbər verir ki, Azəriqaz İB Sumqayıt QİS-dən bildirilib ki, aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq martın 24-də saat 10:00-dan etibarən bir sıra ərazilərdə qazın verilməsi dayandırılacaq.


Məlumata görə, qaz təchizatında yaranacaq fasilə Yaşıldərə və Ceyranbatan qəsəbəsi, Qurd dərəsi, Novxanı, Corat bağları, Corat və Yeni Corat yaşayış massivləri, eləcə də Novruz qəsəbəsini əhatə edəcək.


Bununla yanaşı, Sumqayıt şəhəri üzrə 10, 11, 12, 13 və 17-ci mikrorayonların bir hissəsində, həmçinin 51-ci və 52-ci məhəllələrdə də qazın verilməsi müvəqqəti dayandırılacaq.


Qaz təchizatında fasilə ümumilikdə 40 minə yaxın abonenti əhatə edəcək.


N.Səmədova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva