"Sabirabadxəbər" xəbər verir ki, 20 aprel tarixində Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadov , Tədrisin keyfiyyəti sektorunun müdiri Anar Şəfiyev və Göyçay rayonu üzrə təhsil sektorunun müdiri Rauf Məmmədovun iştirakı ilə Göyçay şəhər 5 nömrəli texniki və təbiət fənləri təmayüllü liseydə görüş keçirilib.
Görüş çərçivəsində pedaqoji heyətlə bir araya gəlinərək məktəbin liseyə çevrilməsi istiqamətində cari vəziyyət və perspektiv məsələlər müzakirə olunub. Həmçinin tədris prosesi ilə yerində tanışlıq aparılıb.
Eyni zamanda bir qrup valideynlə görüş keçirilərək liseyin fəaliyyəti, tədris imkanları və qəbul qaydaları barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, Göyçay şəhər 5 nömrəli məktəb texniki və təbiət fənləri təmayüllü liseyə çevrilib. Yeni tədris ili ərəfəsində liseyə şagird qəbulu 7-ci siniflər üzrə mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək.
Liseyin pedaqoji kollektivinə və şagirdlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.







