• 16.04.2026 » 09:17

Regional Təhsil İdarələrinə müdür müavinləri təyin olunub

Regional Təhsil İdarələrinə müdür müavinləri təyin olunub © sabirabadxeber.az
Şrift ölçüsü:


"Sabirabadxəbər" xəbər verir ki , yeni təyinatlar var.Həmin təyinatları təqdim edirik:


Qarabağ Regional Təhsil İdarəsinə yeni müdir müavini təyin olunub


Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmri ilə Rzayev Ruslan Rasim oğlu Qarabağ Regional Təhsil İdarəsinə müdir müavini təyin edilib.

Ruslan Rzayev əmək fəaliyyətinə 2011-ci ildə Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbdə müəllim kimi başlayıb.

2020-ci ilədək müəllim kimi fəaliyyət göstərən Ruslan Rzayev 2020-2022-ci illərdə həmin təhsil müəssisəsində direktor vəzifəsində çalışıb. 

2022-ci ildən bu təyinatadək Qazax rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsini icra edib.

_________________


Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə yeni müdir müavini təyin olunub


Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmri ilə Məmmədtağıyev Elmin Məmmədtağı oğlu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müdir müavini təyin edilib .

Elmin Məmmədtağıyev əmək fəaliyyətinə 2017-ci ildə Lerik rayonunda Valeh Rəhimov adına Veri Əliabad kənd ümumi orta məktəbində müəllim kimi başlayıb.

O, 2018–2022-ci illərdə Kəlbəcər rayon Təhsil şöbəsində məsləhətçi vəzifəsində çalışıb. 2022-ci ildə fəaliyyətini Mərkəzi Aran Regional Təhsil İdarəsində davam etdirərək əvvəlcə məsləhətçi, daha sonra isə İnzibati təşkilat sektorunun müdiri vəzifələrində işləyib.

2025-ci ildən bu təyinata qədər Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində Tədrisin keyfiyyəti sektorunun müdiri kimi fəaliyyət göstərib.

___________________


Şirvan-Salyan Regional Təhsil İdarəsinə yeni müdir müavini təyin olunub


Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmri ilə Baxışov Rəvan Baxış oğlu Şirvan-Salyan Regional Təhsil İdarəsinə müdir müavini təyin edilib.


1998-ci ildən əmək fəaliyyətinə başlayan Rəvan Baxışov 2020-ci ilə qədər müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrdə, 2020–2022-ci illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 17 saylı Regional Xəzinədarlıq İdarəsində çalışıb. 


Rəvan Baxışov təyinata qədər Şirvan-Salyan Regional Təhsil İdarəsinin Maliyyə-iqtisadiyyat sektorunun müdiri vəzifəsini icra edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva