• 18.04.2026 » 17:00

Ağdaşda Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş sərgi keçirilib

Ağdaşda Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş sərgi keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:

Ağdaşda Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş sərgi keçirilib


"Sabirabadxəbər" xəbər verir ki, Hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur.

Bu əlamətdar gün münasibətilə Ağdaş Dövlət Rəsm Qalereyası tərəfindən “Tariximizi yaşadaq” adlı rəsm sərgisi təşkil edilib.  

Aprelin 17-də Ağdaş şəhər Heydər parkında baş tutan sərgi “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunub. Sərgidə gənc rəssamların Azərbaycanın məşhur tarixi memarlıq abidələrinə həsr olunmuş əsərləri nümayiş etdirilib. 


Sərginin məqsədi Azərbaycanın zəngin tarixi-mədəni irsinin tanıdılması, bu irsin qorunmasının vacibliyinin təbliği və gənc nəsillərdə tarixi abidələrə marağın artırılması, eyni zamanda istedadlı gənclərin peşəkar inkişafına dəstək göstərilməsidir.

Rəsm sərgisi sakinlərin böyük marağına səbəb olub


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva