Şirvanda “Daşın yaddaşı: Qədim və müasir memarlıq inciləri” adlı sərgi təşkil olunub
"Sabirabadxəbər" xəbər verir ki, Martın 19-da Şirvan şəhər Heydər Əliyev Mərkəzi və Şirvan Peşə liseyinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Daşın yaddaşı: Qədim və müasir memarlıq inciləri” adlı rəsm və əl işlərindən ibarət sərgi təşkil olunub.
Şirvan şəhər Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunan tədbirdə Şirvan Peşə liseyi və Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin müəllim və tələbə kollektivi, şəhər sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sərgidə Şirvan Peşə liseyinin tələbələri tərəfindən daş, taxta və digər materiallardan hazırlanan qədim memarlıq abidələrinin maketləri, eləcə də rəsm əsərləri nümayiş etdirilib. Bununla yanaşı, Şirvan Dövlət Rəsm Qalereyasının dərnək üzvlərinin kətan üzərində yağlı boya ilə işlədikləri əsərlər də sərgidə yer alıb.
Sonda “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan film nümayiş etdirilib.
N.Səmədova






