• 18.04.2026 » 13:40

Saatlı-Tarixi İrsimizə Sahib Çıxaq

Saatlı-Tarixi İrsimizə Sahib Çıxaq © sabirabadxeber.az
Şrift ölçüsü:

"Sabirabadxəbər" məlumat verir ki, 17 aprel 2026-cı il tarixində Saatlı rayon Mədəniyyət Mərkəzinin Cəfərxan kənd Diyarşünaslıq evinin təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib. 


Tədbir 18 aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nə həsr olunub. Görüş Cəfərxan kəndində yerləşən və tarixi əhəmiyyət kəsb edən “Cəfər xanın evi”nin qarşısında baş tutub. 1915-ci ildə inşa olunmuş bu mülk bölgənin memarlıq irsinin qiymətli nümunələrindən biri hesab olunur. Tədbirin iştirakçıları kənd məktəbliləri və yerli mədəniyyət işçiləri olub. Görüş zamanı şagirdlərə Cəfər xanın həyatı və fəaliyyəti barədə geniş məlumat verilib. Eyni zamanda, tarixi binanın tikilmə tarixi və onun bu günə qədər qorunub saxlanılan memarlıq xüsusiyyətləri diqqətə çatdırılıb. Çıxış edənlər abidələrin qorunmasının milli mənliyin və tarixin yaşadılması baxımından vacibliyini vurğulayıblar. Məktəblilər binanın daxili və xarici görünüşü ilə yaxından tanış olaraq, bölgənin keçmişinə dair maraqlı faktlar öyrəniblər. Bu cür tədbirlərin keçirilməsi gənc nəsildə tarixi-mədəni irsimizə sevgi və hörmət hissini aşılamaq məqsədi daşıyır.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva