Şrift ölçüsü:
Çap et
Sabirabadda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub
"Sabirabadxəbər" bildirir ki, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, idarənin və tabe müəssisələrin bir qrup əməkdaşı “18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə Sabirabad rayonunda yerləşən tarixi abidələri və yerləri ziyarət ediblər.
Ziyarətçilər rayonun ərazisində 1657 – ci ildə inşa edilmiş "Qalağayın" məscidini, XVIII əsrə aid Baba Səmid türbəsini ziyarət ediblər.
Ekskursiya zamanı iştirakçılara qədim yaşayış məskənləri və abidələr haqqında ətraflı məlumat verilib.
Ekskursiyanın sonunda xatirə şəkili çəkdirilib.
Kopyalandı








