• 16.04.2026 » 18:29

Beyləqanda 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

Beyləqanda 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub © sabirabadxeber.az
Şrift ölçüsü:

Beyləqanda 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub.


"Sabirabadxəbər" xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon mədəniyyət müəssisələrinin birgə təşəbbüsü ilə 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub.


Bu münasibətlə rayonun Aşağı Çəmənli kəndi inzibati ərazisində I–IV əsrlərə aid olan qədim Çardaxlı yaşayış yerinə səfər təşkil edilib. 


Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Ağsaqqallar Şurasının üzvləri, mədəniyyət müəssisələrinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.


Tədbir çərçivəsində əvvəlcə abidə ərazisində rayonun iqlim şəraitinə uyğun həmişəyaşıl ağaclar əkilib, həmçinin digər ağaclara aqrotexniki qulluq göstərilib.


Daha sonra Tarix-Diyarşünaslıq Muzeyinin direktoru tərəfindən iştirakçılara abidə haqqında ətraflı məlumat verilib. Bildirilib ki, “yeddi təpədən” ibarət olan bu qədim yaşayış yeri ilk Tunc dövrünə aid edilir. Aparılan arxeoloji qazıntılar zamanı küp qəbirlər, saxsı çıraqlar və şirli saxsı qablar aşkar olunub. Bu tapıntılar ərazinin qədim tarixi və burada yaşamış insanların məişəti haqqında mühüm məlumatlar verir. Qeyd edilib ki, sərgidə nümayiş olunan eksponatların bir qismi məhz bu abidə ərazisindən, eləcə də rayonun digər qədim yaşayış yerlərində aparılan arxeoloji qazıntılar zamanı əldə edilmiş nümunələrdən ibarətdir.


İştirakçılar tərəfindən maraqla qarşılanan tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.




Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva