• 16.04.2026 » 15:54

Beyləqanda ağacəkmə aksiyası keçirildi - Fotolar

Beyləqanda ağacəkmə aksiyası keçirildi - Fotolar © sabirabadxeber.az
Şrift ölçüsü:

Aprelin 16-da Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Aşağı Çəmənli kəndində ağacəkmə aksiyası təşkil olunub.​

“Sabirabadxəbər” xəbər verir ki, aksiyada Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-in məsul əməkdaşları, şəhid ailələri, idarə, müəssisə və təşkilatların nümayəndələri, eləcə də ictimaiyyət üzvləri fəal iştirak ediblər.

Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.


Keçirilən aksiya çərçivəsində iqlim şəraitinə uyğun müxtəlif növ ağac tingləri əkilmiş, yeni əkilən ağaclara aqrotexniki qaydalara uyğun qulluq göstərilmiş, onların suvarılması təmin olunmuşdur. Bununla yanaşı, ərazidə mövcud yaşıllıqlara xidmət göstərilmiş, torpaq qatının yumşaldılması həyata keçirilmiş və genişmiqyaslı təmizlik işləri aparılmışdır.

Qeyd edək ki, yaşıllıq zolaqlarının genişləndirilməsi, ekoloji tarazlığın qorunması və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən bu kimi tədbirlər “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ardıcıl və davamlı şəkildə davam etdiriləcək, rayonun ekoloji mühitinin daha da sağlamlaşdırılmasına töhfə verəcək


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva