• 08.04.2026 » 20:38

Avtobus sürücüsünü yumruqla vuran şəxs saxlanıldı - VİDEO

Avtobus sürücüsünü yumruqla vuran şəxs saxlanıldı - VİDEO © sabirabadxeber.az
Şrift ölçüsü:

Ötən gün paytaxtım Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində taksi sürücüsü ilə avtobus sürücüsü arasında insident yaşanıb.

"Sabirabadxəbər" xəbər verir ki, hadisəyə "Bakubus" MMC-nin sürücüsünün minib-düşmə yerində dayanan taksiyə siqnal verməsi səbəb olub.

Buna əsəbiləşən BYD markalı taksinin sürücüsü maşından düşərək aqressiv davranış nümayiş etdirib. O, avtobus sürücüsünü yumruqla vurub.

Nəticədə, 77-EP-331 dövlət qeydiyyat nişanlı BYD markalı avtomobilin sürücüsü, 1985-ci il təvəllüdlü Zabit Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülür.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva