• 08.04.2026 » 12:06

Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər? - YENİ QAYDA - VİDEO

Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər? - YENİ QAYDA - VİDEO © sabirabadxeber.az
Şrift ölçüsü:

Azərbaycanda taksi fəaliyyətində istifadə olunan nəqliyyat vasitələrinə görə icbari sığorta haqlarına xüsusi əmsalların tətbiqinə başlanılıb.

"Sabirabadxəbər" Baku TV-nin məlumatına istinadən xəbır verir ki, Mərkəzi Bankın bununla bağlı yaydığı məlumatda deyilir ki, aparılan təhlillər şəxsi maşınlarla müqayisədə taksi avtonəqliyyat vasitələrinin üçüncü şəxslərin əmlakına və səhhətinə zərər vurma ehtimallarının yüksək olmasını göstərib. Bu da taksi fəaliyyətində istifadə olunan avtomobillərə xüsusi əmsalın tətbiqini zəruri edib.

Sığorta məsələləri üzrə ekspert Şahin İsmayılov deyir ki, taksidə istifadə olunan avtomobillərin mühərrikinin həcmi kiçik olduğundan onlar üzrə sığorta haqlarının məbləği aşağı idi:

"Sığorta hadisələrinin baş verməsində taksi xidməti göstərən avtomobillərin payı çox olduğuna görə sığorta şirkətləri böyük məbləğdə ödənişlər etmək məcburiyyətində qalırdılar. Bundan sonra taksi xidməti göstərən avtomobillər hadisə törətdikdə onların icbari sığorta haqqı bonus-malus sistemi üzrə 300 manat və daha çox ola bilər".


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva