• 19.03.2026 » 14:11

Qaydaları pozdu, sonra da polisə tabe olmadı

Qaydaları pozdu, sonra da polisə tabe olmadı © sabirabadxeber.az
Şrift ölçüsü:

Bakıda ictimai qaydaları pozan taksi sürücüsü inzibati məsuliyyətə cəlb edilib.

“Sabirabadxəbər" in əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu Ağ şəhər kompleksindəki Yaşıl ada küçəsində qeydə alınıb.

Yol polisi əməkdaşları ikinci hərəkət zolağında dayanan taksi sürücüsünə qaydaları pozduğunu bildiriblər. Bu zaman 1988-ci il təvəllüdlü sürücü A.Rzayev (şərti) tabesizlik göstərərək ictimai qaydaları pozub.

Polis əməkdaşları tərəfindən saxlanılaraq 37-ci Polis Şöbəsinə aparılan şəxs barəsində protokol tərtib edilib.

Xətai Rayon Məhkəməsinin qərarı ilə taksi sürücüsü 8 sutkalıq inzibati həbs edilib.

N.Quliyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva