• 22.03.2026 » 22:30

Bayram günlərində taksi qiymətlərində dəyişiklik var?

Bayram günlərində taksi qiymətlərində dəyişiklik var? © sabirabadxeber.az
Şrift ölçüsü:

Bayramlarda adətən şəhərdə sakitçilik olur. Sakinlərin bir qismi rayona üz tutur, digərləri də evdə qalmağa üstünlük verir. Nəticədə yollar boşalır.


Bəs boş yollar taksi qiymətlərinə nə dərəcədə təsir edir?


"Sabirabadxəbər" xəbər verir ki, 30 ildir ki, taksi sürücüsü kimi fəaliyyət göstərən Rəhim Həsənov deyir ki, bayramlarda müştərilərin sayı azalır.

Qiymətlərdə bir o qədər fərq olmadığı deyildi.


Digər taksi sürücüsü isə bildirdi ki, yollar boş olanda uzaq məsafələrdə qiymət fərqi az da olsa, olur. Ancaq yaxın məsafəyə gedəndə, qiymət eyni qalır.


Taksi xidməti göstərən proqramları da yoxladıq.


Müşahidələrimiz onu göstərdi ki, elə də ciddi qiymət fərqi yoxdur. Elə proqramla taksi xidməti göstərən sürücülər də deyir ki, qiymət artımı yalnız yollardakı vəziyyətlə bağlıdır.


N.Səmədova


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva