• 08.04.2026 » 09:17

Mingəçevirdə qəza- yaralılar var

Mingəçevirdə qəza- yaralılar var © sabirabadxeber.az
Şrift ölçüsü:

Mingəçevirdə idarəetmədən çıxan avtomobil restorana çırpılıb. 

"Sabirabadxəbər" bölgə müxbirinin məlumatına istinadən xəbər verir ki,  hadisə gecə saatlarında Füzuli küçəsində baş verib.

İdarəetmədən çıxan "Vaz 2107" markalı maşın "Qala" restoranının yerləşdiyi binaya çırpılıb. Hadisə zamanı avtomobildə olan 1997-ci il təvəllüdlü Qurban İsmayılov, 2006-cı il təvəllüdlü Ruslan Əhmədov və 2003-cü il təvəllüdlü Kənan Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva