Şrift ölçüsü:
Çap et
2016-cı ildə baş vermiş Aprel döyüşləri zamanı böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış, Muğan Gəncəli kəndindən olan Azərbaycan Respublikasının Milli Qəhrəmanı Murad Mirzəyevin anım günü ilə əlaqədar qəhrəmanımızın məzarı ziyarət olunub.
Ziyarət zamanı şəhidimizin əziz xatirəsi dərin ehtiram və hörmət hissi ilə yad edilib, ruhuna dualar oxunub. Murad Mirzəyevin Vətən uğrunda göstərdiyi şücaət və igidlik hər zaman xalqımızın yaddaşında yaşayacaq və gələcək nəsillər üçün örnək olaraq qalacaq.
Kopyalandı



