• 04.04.2026 » 11:31

İmişlidə “Qəhrəmanlıq və Mübarizə Əzmi: Aprel Döyüşləri”

İmişlidə “Qəhrəmanlıq və Mübarizə Əzmi: Aprel Döyüşləri” © sabirabadxeber.az
Şrift ölçüsü:

🟢İmişlidə “Qəhrəmanlıq və Mübarizə Əzmi: Aprel Döyüşləri” adlı dəyirmi masa keçirilib. 


"Sabirabadxəbər" xəbər verir ki, İmişli Rayon İcra Hakimiyyətinin, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İmişli rayonu üzrə gənclər və idman sektorunun, Heydər Əliyev Mərkəzinin, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Mil-Muğan Regional Bölməsinin birgə təşkilatçılığı ilə “Qəhrəmanlıq və Mübarizə Əzmi: Aprel Döyüşləri” adlı dəyirmi masa keçirilib. 


📜Tədbirdə öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra isə tədbirin rəsmi hissəsinə uyğun olaraq çıxışlara yer verilib. Çıxışçılar qeyd ediblər ki, 2016-cı ildə baş vermiş dörd günlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad ediblər.

Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam azad edilib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələtəpə” yüksəkliyinə üçrəngli bayrağımız sancılıb. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb, 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarılıbdır. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini göstərdi.


📽️Çıxışlardan sonra “Aprel döyüşləri”nə həsr edilmiş videoçarxa baxış keçirilib.

Tədbirdən sonra Aprel şəhidləri- kapitan Nəcməddin Savalanov və baş leytenant Cavid Dədəkişiyevin ailə üzvləri evlərində ziyarət edilib və şəhidlərin məzarlarına gül dəstələri qoyulub.




Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva