• 28.03.2026 » 20:33

Millimizin üzvü Daşkənddə bürünc medal qazandı - Fotolar

Millimizin üzvü Daşkənddə bürünc medal qazandı - Fotolar © sabirabadxeber.az
Şrift ölçüsü:

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamızın üzvü Palina Kaspiaroviç Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya Kubokunun mərhələ yarışında bürünc medal qazanıb.

“Sabirabadxəbər” xəbər verir ki, qrup mərhələsini 5 qələbə ilə başa vuran idmançı yarımfinala kimi irəliləməklə bürünc medalı təmin edib.

Kaspiaroviç pley-offda Özbəkistan təmsilçisi Samira Şokirova (15:6), Venesuela sablyaçısı Katerina Paredes Torres (15:11), ukraynalı Alina Komaşçuk (15:14) və ispaniyalı Araceli Navarronu (15:13) məğlub edərək ən güclü “səkiizliy”ə yüksəlib. O, yarımfinal uğrunda keçirilən qarşılaşmada neytral bayraq altında çıxış edən Anastasiya Şorokovanı 15:10 hesabı ilə üstələyb.

Palina Kaspiaroviç final uğrunda görüşdə Bolqarıstan qılıncoynadanı Yoana İliyevaya 6:15 hesabı ilə uduzaraq üçüncü olub.

Uzunmüddətli zədədən sonra ilk dəfə beynəlxalq turnirdə yarışan Anna Başta əsas mərhələdə mübarizəni dayandırıb. Səbinə Kərimova və Zərifə Hüseynova isə keçid pley-off mərhələsində çıxışını başa vurub.

Qadın sablyaçılarımız sabah komanda yarışında ən güclü “səkkizliy”ə yüksəlmək uğrunda keçiriləcək qarşılaşmada ABŞ yığması ilə qarşılaşacaq.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva