"Sabirabadxəbər.az" xəbər verir ki, 27 Fevral 2026-cı il tarixdə MİHİ Sabirabad rayon Komitəsinin və Sabirabad MKS-nin birgə təşkilatçılığı ilə Sabirabad rayon Mərkəzi Kitabxanasında uzun illər kitabxananın xidmət şöbəsinin müdiri vəzifəsində işləməklə kollektivin ictimai həyatında fəal iştirak edən Kərimova Zərifə İbrəhim qızının anadan olmasının 65 illik yubileyi ilə əlaqədar tədbir keçirildi. Tədbirdə MİHİ Sabirabad rayon Komitəsinin sədri Telman Əzimov çıxış edərək bildirdi ki, Zərifə Kərimova uzun illər kitabxana sahəsində işləməklə kollektivin hörmət və sevgisini qazanmışdır. Z. Kərimova işlədiyi müddət ərzində nümunəvi işçi olmaqla yanaşı öz vəzifə öhdəliklərinidə layiqincə yerinə yetirmişdir. MKS-nin direktoru Eldar Urufov çıxış edərək Zərifə Kərimovanın həqiqətən məsuliyyətli və savadlı işçi olmaqla kollektiv arasında xüsusi hörmət qazandığını bildirdi. ç Digər çıxış edənlər də Zərifə Kərimovanın məsuliyyətli, savadlı və kollektiv arasında xüsusi hörmətə sahib olduğunu qeyd edərək bu kimi tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirdiyinə görə rayon Komitəsinin rəhbərliyinə minnətdarlıq etdilər. Sonda Z.Kərtimova MİHİ Sabirabad rayon Komitəsinin və Sabirabad MKS-nin fəxri fərmanları ilə təltif edilərək yubiliyara hədiyyələr və gül dəstəsi təqdim edildi.
- 28.02.2026 » 10:00








