• 23.03.2026 » 19:23

Müəllim işləyən xanımını öldürməkdə təqsirləndirilən şəxs barədə QƏRAR verildi

Müəllim işləyən xanımını öldürməkdə təqsirləndirilən şəxs barədə QƏRAR verildi © sabirabadxeber.az
Şrift ölçüsü:

Hövsanda məktəb müəllimi olan arvadını qətlə yetirməkdə təqsirləndirilən Vasif Abbasov barəsində həbs qətimkan tədbiri seçilib.


 "Sabirabadxəbər" "Report"a istinadən xəbər verir ki, bu barədə Suraxanı Rayon Məhkəməsi qərar çıxarıb.


Məhkəmədə V.Abbasov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb. Məhkəmənin qərarına əsasən, V.Abbasov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Qeyd edək ki, martın 20-də paytaxtın Suraxanı rayonu ərazisində (Hövsan - red.) 1990-cı il təvəllüdlü Pərvanə Abbasovanın almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


İlkin araşdırmalarla 1983-cü il təvəllüdlü Vasif Abbasovun Pərvanə Abbasovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi bas‌lanıb, V.Abbasov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.


Onu da qeyd edək ki, Pərvanə Abbasova Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 118 saylı məktəbin müəlliməsi olub.


N.Səmədova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva