• 23.03.2026 » 12:20

Saatlıda 50 yaşlı kişi qətlə yetirildi

Saatlıda 50 yaşlı kişi qətlə yetirildi © sabirabadxeber.az
Şrift ölçüsü:

Saatlıda 50 yaşlı kişi qətlə yetirilib

"Sabirabadxəbər" xəbər verir ki, bu barədə Saatlı rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, martın 22-də Saatlı rayonu Fətəlikənd kənd sakini 1976-cı il təvəllüdlü Rövşən Abdullayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1977-ci il təvəllüdlü Rizvan Söhbətovun Rövşən Abdullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, R.Söhbətov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

N.Quliyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva