• 23.03.2026 » 16:58

18 yaşlı futbolçu oyun zamanı öldü - Foto

18 yaşlı futbolçu oyun zamanı öldü - Foto © sabirabadxeber.az
Şrift ölçüsü:

Kolumbiyanın "Milyonarios" klubunun gənclər komandasının 18 yaşlı futbolçusu Santyaqo Kastrilyon matç zamanı huşunu itirdikdən sonra ölüb.

"Sabirabadxəbər" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, idmançı 20 yaşadək futbolçular (U-20) arasında keçirilən yarış zamanı huşunu itirib. Ona dərhal komandanın həkimləri tərəfindən yardım göstərilib. Bundan sonra o, kardiologiya üzrə ixtisaslaşdırılmış xəstəxanaya çatdırılıb:

“Həkimlərin səylərinə baxmayaraq, Santyaqonun həyatını xilas etmək mümkün olmayıb”.

Qeyd edilir ki, gənc futbolçu yanvarda Boqotada Kolumbiyanın 19 yaşadək milli komandasının (U-19) toplanışına dəvət olunubmuş.

N.Quliyeva


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva