• 21.03.2026 » 19:18

İran rialı kəskin bahalaşdı

İran rialı kəskin bahalaşdı © sabirabadxeber.az
Şrift ölçüsü:

İran valyutası ABŞ-ın neft satışına qismən icazə verməsindən sonra kəskin bahalaşıb.


 "Sabirabadxəbər" xəbər verir ki, bu barədə WSJ məlumat yayıb.


Rialın məzənnəsi kəskin artaraq 6,7% möhkəmlənib və dollar qarşısında 1,559 milyon səviyyəsinə çatıb.


Bu artım ABŞ Maliyyə Nazirliyinin artıq dənizdə olan İran neftinə tətbiq edilən məhdudiyyətləri müvəqqəti dayandırmasından sonra baş verib.


“Müharibənin əvvəlindən bəri rial dəyər itirirdi və bu, onun ilk ciddi artımıdır”, — deyə İran geosiyasəti üzrə şirkətlərə məsləhət verən Pakzad & Co.-nun rəhbəri Mustafa Pakzad bildirib.


Ekspert hesab edir ki, İran büdcəsinə daxil olan vəsaitin böyük hissəsi hərbi xərclərə yönəldiləcək.


N.Səmədova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva