• 12.03.2026 » 17:56

Azərbaycanda dollar ucuzlaşa bilər?

Azərbaycanda dollar ucuzlaşa bilər? © sabirabadxeber.az
Şrift ölçüsü:

Dollar manata qarşı ucuzlaşmayacaq, həmişə belə qalacaq. İlk növbədə neft qiymətlərinin bahalaşması müvəqqəti prosesdir. Məlum olduğu kimi, müharibə ilə bağlıdır".


"Sabirabadxəbər" xəbər verir ko, bunu iqtisadçı-ekspert Xalid Kərimli deyib. O bildirib ki, dolların manat qarşısında ucuzlaşması iqtisadiyyatda inflyasiyanı aşağı sala bilər:


"Eyni zamanda iqtisadiyyatı daha da bahalaşdıra bilər. Yəni, neftin qiyməti bu gün bahalaşıb, sabah enməsi mümkündür. Bu baxımdan dollar heç vaxt manata qarşı ucuzlaşmayacaq".


Neft qiymətinin nə qədər bahalaşa biləcəyinə gəlincə, ekspert qeyd edib ki, bu, müharibənin müddətindən asılıdır: "Əgər uzun müddət davam edərsə, neft qiymətləri 150 dollara çata bilər. Müharibə 1 həftə ərzində dayanarsa, neft qiymətləri kəskin düşə bilər. Burada söhbət 70-80 dollardan gedir. Burada hər şey müharibənin nə qədər davam edəcəyinə bağlıdır".


Səmədova.N

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva