• 28.01.2026 » 15:10

Qarabağ və Şərqi Zəngəzura 5 milyard manata yaxın pul qoyulub

Qarabağ və Şərqi Zəngəzura 5 milyard manata yaxın pul qoyulub © sabirabadxeber.az
Şrift ölçüsü:

2025-ci ildə Azərbaycanın dövlət büdcəsindən İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 4 milyard 465,7 milyon manat vəsait ayrılıb.

"Sabirabadxəbər.az" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, həmin vəsaitin 3 milyard 781,9 milyon manatı və yaxud 84,7 %-i işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli vəsaitin, 373,2 milyon manatı və yaxud 8,3 %-i dövlət büdcəsinin ehtiyat fondunun vəsaitinin, 258,5 milyon manatı və yaxud 5,8 %- dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə vəsaitin, 52,1 milyon manatı və yaxud 1,2 %-i dövlət büdcəsinin digər ehtiyatlarından ayrılmış vəsaitin payına düşüb.

Xatırladaq ki, 2024-cü ildə dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 4 milyard 855,8 milyon manat vəsait ayrılmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva