Şrift ölçüsü:
Çap et
Neftçala rayonunda təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı maarifləndirici görüş keçirilib.
"Sabirabadxəbər" xəbər verir ki, Müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və sertifikatlaşdırma prosesi haqqında ətraflı məlumatlandırılması məqsədilə maarifləndirici görüşlər təşkil olunub. Görüşlərdə keçən tədris ilində sertifikatlaşdırma prosesində uğursuz nəticə göstərən və cari tədris ilində ilk dəfə prosesə cəlb olunan təhsilverənlər iştirak edib. Görüş zamanı sertifikatlaşdırmanın mərhələləri, qiymətləndirmə meyarları və hazırlıq istiqamətləri barədə geniş məlumat verilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Görüşlər mərhələli şəkildə davam etdiriləcək.
N.Səmədova
Kopyalandı







