• 16.03.2026 » 18:45

Sabah bu ərazilərdə qaz kəsiləcək

Sabah bu ərazilərdə qaz kəsiləcək © sabirabadxeber.az
Şrift ölçüsü:

Sabah Ağdaş rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.


"Sabirabadxəbər" xəbər verir ki,  Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.


Bildirilib ki, Zaqatala Regional Qaz İstismar İdarəsinin Ağdaş xidmət sahəsində d 530 mm-lik orta təyziqli qaz xəttində aşkarlanmış qaz sızması ləğv ediləcək.


Bununla əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək rayonun Ləki qəsəbəsi, Yuxarı Ləki, Orta Ləki, Aşağı Ləki, Hapıtlı, Dovutlu, Binələr, Güvəkənd, Kotanarx, Cardam, Nehrəxəlil, Pirəyir, Cücük, Yenicə, Əmirarx kəndlərində cəmi 4932 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.


N.Səmədova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva