• 16.03.2026 » 12:40

Məktəblilərin iştirakı ilə Novruz bayramı tədbiri keçirildi

Məktəblilərin iştirakı ilə Novruz bayramı tədbiri keçirildi © sabirabadxeber.az
Şrift ölçüsü:

"Sabirabadxəbər" bildirir ki, 16 Mart 2026-cı il tarixində Sabirabad rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Kürkəndi kənd Yaradıcılıq evinin təşkilatçılığı ilə xalqımızın qədim tarixini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramına həsr olunmuş bayram tədbiri keçirilib.


Tədbirdə Kürkəndi kənd tam orta məktəbin müəllimləri, şagirdləri və mədəniyyət işçiləri iştirak edib.


Novruz atributları ilə bayramsayağı bəzədilən tədbirdə çıxış edən Kürkəndi kənd Yaradıcılıq evinin direktoru Əsiqə Yusubova qədim el bayramı münasibətilə xalqımıza xeyir-duasını, xoş arzularını bildirib.


Novruzun əsas personajları olan Kosa və Keçəl tədbirə gələn qonaqları salamlayaraq, toplaşanları şənləndirib, xüsusilə uşaqlarla rəqs edərək onlara xoş ovqat bəxş ediblər.


Məktəblilərin ifasında səsləndirilən xalq mahnıları, eləcə də Azərbaycana, Novruza, Bahara həsr olunmuş şən nəğmələr bayrama xüsusi ahəng qatıb.


N.Quliyeva


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva