Novruz bayramının müjdəçilərindən olan Yel Çərşənbəsi münasibətilə Sabirabad rayonunda bayram tədbiri təşkil olunacaq. Rayon sakinləri və qonaqlar bu münasibətlə keçiriləcək şənliyə dəvət edilirlər.
"SABİRABADXƏBƏR" xəbər verir , Tədbir 10 mart 2026-cı il tarixində saat 15:00-da Sabirabad Mədəniyyət Mərkəzində baş tutacaq. Bayram proqramı çərçivəsində Novruz adət-ənənələrini əks etdirən maraqlı çıxışlar, musiqi və rəqs nömrələri, həmçinin milli dəyərlərimizi əks etdirən səhnəciklər nümayiş olunacaq.
Yel Çərşənbəsi xalq inanclarına görə təbiətdə küləyin oyanmasını, yazın gəlişini və həyatın yenilənməsini simvolizə edir. Bu münasibətlə təşkil edilən tədbirin əsas məqsədi qədim milli ənənələrimizi yaşatmaq, Novruz ruhunu təbliğ etmək və rayon sakinlərinə bayram əhval-ruhiyyəsi bəxş etməkdir.
Sabirabad ictimaiyyəti və bütün bayram sevərləri Yel Çərşənbəsi münasibətilə keçiriləcək bu şən tədbirdə iştirak etməyə dəvət olunur. 🌿🔥



