• 10.03.2026 » 20:55

ASAN xidmətdə Yel çərşənbəsi bayramı qeyd olundu

ASAN xidmətdə Yel çərşənbəsi bayramı qeyd olundu © sabirabadxeber.az
Şrift ölçüsü:

Sabirabad Regional “ASAN xidmət” mərkəzinin və Sabirabad şəhər Üzeyir Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə mərkəzdə Yel çərşənbəsi münasibətilə bayram tədbiri keçirilib.

"Sabirabadxəbər" xəbər verir ki, Tədbirdə Keçəl-Kosa və musiqi məktəbinin şagirdləri Novruz adət-ənənələrini əks etdirən maraqlı çıxışlar təqdim ediblər. Şagirdlərin ifasında milli musiqilər səsləndirilib, bayram ab-havasını əks etdirən kompozisiyalar nümayiş olunub.

Bayram tədbiri iştirakçılara xoş ovqat bəxş edib, milli dəyərlərimizin və Novruz ənənələrinin gənc nəslə aşılanması baxımından xüsusi əhəmiyyət daşıyıb.

Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdirərək Yel çərşənbəsinin sevincini birlikdə bölüşüblər.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva