• 13.03.2026 » 20:13

Sabirabadlı ictimai fəaldan nümunəvi təşəbbüs.

Sabirabadlı ictimai fəaldan nümunəvi təşəbbüs. © sabirabadxeber.az
Şrift ölçüsü:

Sabirabadlı ictimai fəaldan nümunəvi təşəbbüs – 30 yaşı münasibətilə 30 ağac əkdi.
"Sabirabadxeber" xəbər verir ki, Sabirabadlı ictimai fəal Əli Mehdizadə 30 illik yubileyini fərqli və faydalı təşəbbüslə qeyd edib. O, yeni yaşını təbiətə töhfə verməklə qarşılamaq qərarına gələrək Sabirabad şəhəri ərazisində 30 ağac əkib.
Ağacəkmə aksiyasında Əli Mehdizadənin yaxın dostları da iştirak edərək bu təşəbbüsə dəstək veriblər. Birgə həyata keçirilən aksiyanın əsas məqsədi ətraf mühitin qorunmasına və şəhərin yaşıllaşdırılmasına töhfə vermək olub.
Qeyd edək ki, bu cür təşəbbüslər həm təbiətin mühafizəsinə xidmət edir, həm də cəmiyyətdə ekoloji məsuliyyətin artırılmasına mühüm töhfə verir. Sabirabadlı gəncin bu addımı yerli sakinlər tərəfindən də yüksək qiymətləndirilib.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva