• 13.03.2026 » 11:18

“Müasir metodist” layihəsi çərçivəsində metodistlərlə görüş keçirilib

“Müasir metodist” layihəsi çərçivəsində metodistlərlə görüş keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:

“Müasir metodist” layihəsi çərçivəsində metodistlərlə görüş keçirilib


Şəmkir rayonu üzrə təhsil sektorunun müdiri və sektor əməkdaşlarının iştirakı ilə “Müasir metodist” layihəsi çərçivəsində ümumtəhsil məktəblərində fəaliyyət göstərən metodistlərlə görüş keçirilib.


Görüşün əsas məqsədi interaktiv dərslərin bütün mərhələlərinin düzgün uyğunlaşdırılması, dərslərin təlim nəticələrinə uyğun qurulması, hər fəaliyyətin sonunda qiymətləndirmənin aparılması, eləcə də dərsdinləmələrin düzgün təşkili ilə bağlı məsələlərin müzakirəsi olub.


Sonda ümumtəhsil məktəblərinin VIII sinif şagirdləri arasında seçilmiş mətnlər üzrə oxuyub-anlama bacarıqlarını inkişaf etdirmək məqsədilə iki mərhələdən ibarət intellektual yarışların keçirilməsi, həmçinin dərsdinləmələrin təşkili ilə bağlı direktor müavinlərinin müvafiq təlimlərə cəlb edilməsi qərara alınıb.




N.Quliyeva


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva