• 06.03.2026 » 17:44

Beyləqanda “Robogirls” layihəsinin seçim turu uğurla baş tutub

Beyləqanda “Robogirls” layihəsinin seçim turu uğurla baş tutub © sabirabadxeber.az
Şrift ölçüsü:

Beyləqan rayonunda qız şagirdlərin elm və texnologiya sahələrinə marağını artırmağı hədəfləyən “Robogirls” layihəsinin seçim turu uğurla baş tutub. 

"SABİRABADXƏBƏR" xəbər verir ki,

Layihə Beyləqan rayonu Hüsaməddin İsmayılov adına Şəfəq qəsəbə tam orta ümumtəhsil məktəbinin direktoru Mürsəl Behbulunun təşkilatçılığı və Azercell şirkətinin dəstəyi ilə həyata keçirilib.


Seçim mərhələsi Beyləqan rayonunun ümumi təhsil müəssisələrində təhsil alan 6-7-ci sinif qız şagirdləri arasında keçirilib və layihəyə böyük maraq göstərilib. Belə ki, layihədə iştirak etmək üçün 90 nəfər şagird müraciət edib. Müraciətlər qiymətləndirildikdən sonra seçim mərhələsinin nəticələrinə əsasən 30 nəfər şagird layihəyə qoşulmaq hüququ qazanıb.


“Robogirls” layihəsinin əsas məqsədi məktəbli qızların texnologiya, mühəndislik və innovasiya sahələrinə marağını artırmaq, onların yaradıcılıq və analitik düşünmə bacarıqlarını inkişaf etdirmək, eyni zamanda gələcək karyera seçimlərində STEAM (elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat) istiqamətlərinə yönləndirməkdir.


Layihə çərçivəsində seçilmiş şagirdlər xüsusi STEAM təlimlərinə cəlb olunacaqlar. Bu təlimlər zamanı iştirakçılar robototexnika, proqramlaşdırmanın ilkin əsasları, komanda işi və problem həlli bacarıqları üzrə praktiki biliklər əldə edəcəklər. Təlimlər interaktiv metodlarla təşkil ediləcək və şagirdlərin öz ideyalarını reallaşdırmalarına imkan yaradacaq.



Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva