• 03.03.2026 » 19:12

Sabirabad məktəbində mülki müdafiə üzrə maarifləndirici təlim keçirildi. Video

Sabirabad məktəbində mülki müdafiə üzrə maarifləndirici təlim keçirildi. Video © sabirabadxeber.az
Şrift ölçüsü:

"SABİRABADXƏBƏR" xəbər verir ki, Sabirabad rayonu Əlicanlı kəndi N.İsmaylov adına orta ümumitəhsil məktəbin də mülki müdafiə üzrə maarifləndirici təlim təşkil olunub.

Təlim zamanı məktəbin fövqəladə hallar tərkibi və şagirdlər birgə iştirak edərək mümkün fövqəladə vəziyyətlər zamanı davranış qaydalarını praktik şəkildə məşq ediblər. Şagirdlərə təxliyə planı, ilkin tibbi yardımın göstərilməsi, yanğın zamanı təhlükəsizlik qaydaları və operativ hərəkət mexanizmləri ətraflı izah olunub.

Keçirilən təlimin əsas məqsədi şagirdlərdə təhlükəsizlik mədəniyyətini formalaşdırmaq, fövqəladə hallara hazırlıq səviyyəsini artırmaq və çevik qərarvermə bacarıqlarını inkişaf etdirmək olub.

Təhlükəsizlik hər birimizin borcudur!



Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva