• 10.02.2026 » 18:43

Məktəb liqaları çərçivəsində növbəti görüş Cəlilabadda təşkil olunub

Məktəb liqaları çərçivəsində növbəti görüş Cəlilabadda təşkil olunub © sabirabadxeber.az
Şrift ölçüsü:

 Məktəb liqaları çərçivəsində növbəti görüş Cəlilabadda təşkil olunub.


"Sabirabadxəbər.az" xəbər verir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Namiq Aslanov Cəlilabadda fəaliyyət göstərən bir qrup ümumtəhsil məktəbinin direktorları, direktor müavinləri, ibtidai və fənn müəllimləri ilə görüş keçirib.


Görüşlərdə diaqnostik və summativ qiymətləndirmələrin nəticələri, eləcə də keyfiyyət planı üzrə görülən işlər müqayisəli təhlil edilərək müzakirə olunub. Qarşıdakı mərhələlər üçün yeni strategiyalar və fəaliyyət istiqamətləri müəyyənləşdirilib.


Sektor müdiri məktəbdaxili qiymətləndirmə, tədris prosesinin keyfiyyətinin artırılması, eləcə də müasir təlim strategiyalarının tətbiqi barədə fikirlərini bölüşüb, hər bir qrup üçün fərdi yanaşmanın vacibliyini vurğulayıb və müvafiq tapşırıqlar verilib


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva