Şrift ölçüsü:
Çap et
2025-ci ilin sonuna qədər qlobal yarımkeçirici (çip) satışları 25,6% artaraq rekord səviyyəyə - 791,7 milyard dollara çatıb.
"Sabirabadxəbər.az xəbər verir ki, bu barədə Yarımkeçirici Sənaye Assosiasiyası (SIA) məlumat yayıb.
Xüsusilə, ötən ilin dördüncü rübündə tədarüklərin həcmi 236,6 milyard dollar təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 37,1% çoxdur.
Məlumata görə, dekabr ayında çip satışları əvvəlki aya nisbətən 2,7% artaraq 78,88 milyard dollara çatıb. Çip satışlarının bu il təxminən 1 trilyon dollara çatacağı gözlənilir.
Kopyalandı



