• 09.02.2026 » 16:53

Azərbaycanla Latviya arasında əməkdaşlıq sazişi təsdiqləndi

Azərbaycanla Latviya arasında əməkdaşlıq sazişi təsdiqləndi © sabirabadxeber.az
Şrift ölçüsü:

Azərbaycanla Latviya Səhiyyə nazirlikləri arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq sazişi imzalanıb.

"Sabirabadxəbər.az" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

1. 2025-ci il dekabrın 4-də Riqa şəhərində imzalanmış "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Latviya Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Latviya Respublikası Hökumətinə bildiriş göndərsin.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva