• 06.02.2026 » 18:02

İlham Əliyev iki fərman imzaladı

İlham Əliyev iki fərman imzaladı © sabirabadxeber.az
Şrift ölçüsü:

"Azərbaycan Respublikasının Axar-Baxar Milli Parkı haqqında Əsasnamə" təsdiq edilib.

"Sabirabadxəbər.az"   xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmanla, həmçinin "Azərbaycan Respublikasının İlisu Milli Parkı haqqında Əsasnamə" təsdiq edilib.

Nazirlər Kabineti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

***

Prezident İlham Əliyev 18 yanvar 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası"nda dəyişiklik edib.

Prezident bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, bundan sonra sənaye məhəllələrinin rezidentlərinin investisiya təşviqi sənədi almaq üçün təqdim etdiyi strateji investisiya layihələrində minimal dəyəri 1 milyon manat olmalıdır.

Bundan başqa, fərmana əsasən, ölkə Prezidentinin müəyyən etdiyi istiqamətlər üzrə həyata keçirilən strateji investisiya layihələrini təqdim edən hüquqi şəxslərə və fərdi sahibkarlara investisiya təşviqi sənədi 2023-cü il yanvarın 1-dən 6 il ərzində verilir.

İqtisadiyyat Nazirliyi fərmandan irəli gələn məsələləri həll etməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva