• 06.02.2026 » 19:30

Saleh Məmmədov vəzifəsindən azad edildi - Yeni təyinat (SƏRƏNCAM)

Saleh Məmmədov vəzifəsindən azad edildi - Yeni təyinat (SƏRƏNCAM) © sabirabadxeber.az
Şrift ölçüsü:

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev S.Ə.Məmmədovun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Sərəncam verib.


"Sabirabadxəbər" xəbər verir ki, Sərəncamda deyilir:


"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:


Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilsin".


Prezidentin digər Sərəncamı ilə Vüsal Zakir oğlu Nəsirli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri təyin edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva