• 30.01.2026 » 13:00

Prezident yeni səfirlərin etimadnamələrini qəbul etdi - FOTOLAR (YENİLƏNİB)

Prezident yeni səfirlərin etimadnamələrini qəbul etdi - FOTOLAR (YENİLƏNİB) © sabirabadxeber.az
Şrift ölçüsü:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Norveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andreas Qaarderi qəbul edib.

"Sabirabadxəbər.az" xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ölkəmizlə Norveç Krallığı arasında ikitərəfli əlaqələrin inkişafının önəminə toxundu. Əməkdaşlığımızın enerji sahəsi ilə başladığını deyən Azərbaycan Prezidenti mövcud münasibətlərin genişləndirilməsi baxımından yaxşı imkanların olduğunu vurğuladı.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.

Azərbaycana səfir təyin olunmasından və dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu ifadə edən Andreas Qaarder diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə verəcəyini vurğuladı.

Səfir Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə bağlı əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik etdi.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirirək, Azərbaycanın sülhün gücləndirilməsi üçün səylərini bundan sonra da davam etdirəcəyini dedi.

Andreas Qaarder ölkəsinin Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda yüksəksəviyyəli nümayəndə heyəti ilə təmsil olunacağını bildirdi.

Görüşdə həm Azərbaycanın, həm də Norveçin Avropa İttifaqının enerji təchizatçısı olduqları vurğulanaraq, bu xüsusda enerji təhlükəsizliyi məsəsələri müzakirə edildi.

Söhbət zamanı ikitərəfli gündəliyimiz, o cümlədən iqtisadiyyat, ticarət, enerji, həmçinin bərpaolunan enerji, sərmayələr, biznes ələqalərinin qurulması istiqamətlərində əməkdaşlıq, regionda nəqliyyat bağlantılarının qurulması məsələləri ətrafında fikir mübadiləsi aparıldı, COP30 çərçivəsində səmərəli tərəfdaşlıq yüksək qiymətləndirildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Yunanıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Maria K.Papakonstantinusun etimadnaməsini qəbul edib.

"Sabirabadxəbər.az" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da İndoneziya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Berlian Helminin etimadnaməsini qəbul edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Norveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andreas Qaarderin etimadnaməsini qəbul edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Salli-Ann Vinsentin etimadnaməsini qəbul edib.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva