• 09.02.2026 » 15:38

"Nyukasl”la oyunda “Qarabağ” azarkeşləri üçün biletlərin sayı və qiyməti

"Nyukasl”la oyunda “Qarabağ” azarkeşləri üçün biletlərin sayı və qiyməti © sabirabadxeber.az
Şrift ölçüsü:

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində İngiltərədə keçiriləcək “Nyukasl” - “Qarabağ” oyununa qonaq komandanın azarkeşləri üçün biletlər satışa çıxarılıb.

"Sabirabadxəbər.az" xəbər verir ki,  Azərbaycanlı fanatlar üçün ayrılmış vauçerlərin qiyməti 115 manat təşkil edir.

Bildirilib ki, vauçerlər ilkin olaraq iTicket.az-dan əldə ediləcək, oyun gününə qədər isə göstərilən e-mail ünvanına göndəriləcək.

Matçın keçiriləcəyi “Sent Ceyms Park” stadionunda “Qarabağ” azarkeşləri üçün 2466 yer ayrılıb.

Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" oyunu fevralın 24-dən 25-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva