Şrift ölçüsü:
Çap et
Marafon Fk-dan yoldaşlıq oyununda möhtəşəm qələbə
"Sabirabadxəbər.az" xəbər verirki, Qış fasiləsi çərçivəsində keçirilən yoldaşlıq oyununda Marafon İK komandası Şirvan FK ilə üz-üzə gəlib. Görüş Marafon İK-nın tam üstünlüyü şəraitində keçib və komanda rəqibini 4:0 hesabı ilə məğlub edərək inamlı qələbə qazanıb.
Oyun ərzində Marafon İK həm hücum xəttində, həm də müdafiədə nizamlı və baxımlı oyun nümayiş etdirib. Futbolçuların qarşılıqlı anlaşması və sürətli hücumları matçın taleyini erkən həll edib.
Qazanılan bu nəticə Marafon İK-nın yeni mövsümə ciddi hazırlaşdığını və qarşıdakı rəsmi oyunlara yüksək əhval-ruhiyyə ilə çıxdığını göstərir.
Sonda baş məşqçi Amid Zeynalov saytımıza oyunla bağlı müsahibə verdi.
Kopyalandı



