• 03.02.2026 » 20:13

Mirzoyan Bakı-İrəvan sülh gündəliyini Avropa Şurası rəsmisi ilə müzakirə etdi

Mirzoyan Bakı-İrəvan sülh gündəliyini Avropa Şurası rəsmisi ilə müzakirə etdi © sabirabadxeber.az
Şrift ölçüsü:

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O`Flaherti ilə görüş keçirib.


"Sabirabadxəbər" xəbər verir ki, görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh gündəliyi əsas müzakirə mövzularından biri olub. Ermənistan KİV-inə istinadən bildirilib ki, tərəflər Avropa Şurası çərçivəsində əməkdaşlığın əsas prioritetlərini, Bakı ilə İrəvan arasında sülhün uzunmüddətli möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri, həmçinin humanitar məsələləri nəzərdən keçiriblər.


A.Mirzoyan Ermənistanın genişmiqyaslı demokratik islahatlar proqramının icrasına sadiq qaldığını qeyd edib. Görüşdə eyni zamanda digər regional mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva