• 16.10.2026 » 09:20

Kürdəmirdə yük maşını “Mercedes”ə çırpıldı - Ölən var

Kürdəmirdə yük maşını “Mercedes”ə çırpıldı - Ölən var © sabirabadxeber.az
Şrift ölçüsü:

Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

"Sabirabadxəbər" xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1966-cı il təvəllüdlü İmişli rayon sakini Əliyev Mahmudun sükanı arasında olduğu “Isuzu” markalı yük maşını yol kənarında dayanmış “Mercedes” markalı yük maşınına çırpılıb.

Nəticədə “Isuzu” markalı yük maşınında olan sərnişin - 1980-ci il təvəllüdlü İmişli rayon sakini Cabbarov Taleh hadisə yerindəcə həyatını itirib, sürücü isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva