• 06.09.2026 » 09:09

Qubada qəza olub, ölən və yaralananlar var

Qubada qəza olub, ölən və yaralananlar var © sabirabadxeber.az
Şrift ölçüsü:

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Sabirabadxəbər"  xəbər verir ki, hadisə sentyabrın 6-da saat 00:20 radələrində Quba-Xaçmaz yolunun rayonun Barlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Quba rayon sakini, 24 yaşlı Seyfəlmülk Telman oğlu Eldarov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılaraq aşıb.

Qəza zamanı sürücü və sərnişin, 26 yaşlı Roman Eynulla oğlu Ramazanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Avtomobildə olan digər sərnişin, 26 yaşlı Sənan Samir oğlu Ramazanov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva