• Dünən, 11:41

280 min məzuna elektron qaydada diplom verilib

280 min məzuna elektron qaydada diplom verilib © sabirabadxeber.az
Şrift ölçüsü:

Bu il 280 min məzuna elektron qaydada diplom verilib.

"Sabirabadxəbər" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Təhsil işçilərinin sentyabr konfransında bildirib.

O deyib ki, "Rəqəmsal bacarıqlar" və STEAM layihələrinin əhatəsi mərhələli şəkildə genişləndirilir.

"Ötən tədris ilində "Rəqəmsal bacarıqlar" layihəsi 771 məktəbdə 528 min şagirdi əhatə edib. Yeni tədris ilində layihənin 1001 məktəbə və təxminən 630 min şagirdə çatdırılması nəzərdə tutulur. STEAM layihəsi isə ötən tədris ilində 407 məktəbdə 303 min 119 şagirdi əhatə edib və yeni tədris ilində onun əhatəsinin daha da genişləndirilməsi nəzərdə tutulur", - E.Bağırov əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva