Aprelin 29-da Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun İmişli rayonunda vətəndaş qəbulu keçirilib.
"Sabirabadxəbər" xəbər verir ki, Qəbulda Beyləqan, İmişli, Saatlı və Sabirabad sakinləri iştirak ediblər.
İmişli rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Agentlik direktoru qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində aidiyyəti struktur bölmə rəhbərlərinə tapşırıqlar verib.
Sonra Eşqi Bağırov “Tam orta məktəb” layihəsi həyata keçirilən İmişli şəhəri Eldar İbrahimov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində olub. Məktəbdə tədris prosesinin təşkili ilə tanış olub, müəllim və məktəb rəhbərləri ilə görüşüb, dərs proseslərini izləyib.
Daha sonra İmişli şəhəri Aslan Eminov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində Mil-Muğan Regional Təhsil İdarəsinin rəhbərliyinin və əməkdaşlarının, Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları üzrə təhsil sektorların əməkdaşlarının iştirakı ilə görüş keçirilib.











