• 06.09.2026 » 13:18

Artezian quyusu qazarkən başına boru düşüb öldü

Artezian quyusu qazarkən başına boru düşüb öldü © sabirabadxeber.az
Şrift ölçüsü:

Cəlilabad sakini bədbəxt hadisə nəticəsində ölüb.

“Sabirabadxəbər”in məlumatına görə, hadisə Astara rayonunun dağ kəndi olan Təxtənəkəranda qeydə alınıb.

Belə ki, Cəlilabad rayon Vənlik kənd sakini Ramin Simran oğlu Kərimov həyətyanı sahədə artezian qazarkən başına boru düşüb.

O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Həkiməqədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva