• Dünən, 09:00

İkram Kərimov vəfat etdi

İkram Kərimov vəfat etdi © sabirabadxeber.az
Şrift ölçüsü:

Uzun illər məhkəmə sədri olmuş, hazırda Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının Sədri, “Ədalət” Vəkil bürosunun vəkili İkram Kərimov vəfat edib.

"Sabirabadxəbər" xəbər verir ki, İkram Kərimov 84 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, İkram Kərimov 18 aprel 1942-ci il tarixində Kürdəmir şəhərində qulluqçu ailəsində anadan olub. 1959-cu ildə Kürdəmir şəhər orta məktəbini bitirib. 1959-1961-ci illərdə sovxozda fəhlə işləyib. 1961-1966-cı illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.

1966-1978-ci illərdə Bakı şəhərinin Yasamal, Qusar və Xaçmaz rayon prokurorluqlarında müstəntiq, Azərbaycan SSR Prokuroru yanında mühüm işlər müstəntiqi vəzifələrində, 1978-1987-ci illərdə Bakı şəhər Xəzər rayon prokuroru, Bakı şəhər prokurorunun birinci müavini – İstintaq Şöbəsinin rəisi işləyib. 1987-2012-ci illərdə Bakı Şəhər Məhkəməsinin sədri, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri və Sumqayıt Apelyasiya Məhkəməsinin sədri vəzifələrində çalışıb.

İkram Kərimov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə 14 yanvar 2019-cu il tarixində Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilib və Kollegiyanın Ağsaqqallar Şurasının sədri seçilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva