• 18.03.2026 » 16:39

Lənkəranda “NovruzFest II“ adlı regional tədbir keçirilib

Lənkəranda “NovruzFest II“ adlı regional tədbir keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:

Lənkəranda “NovruzFest II“ adlı regional tədbir keçirilib


"Sabirabadxəbər" xəbər verir ki, Martın 18-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH), Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tərəfdaşlığı ilə “NovruzFest II” adlı regional tədbir keçirilib. Tədbirdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, hüquq mühafizə orqanlarının, regional idarələrin rəhbərləri, idarə, müəssisə və ictimaiyyətin nümayəndələri iştirak ediblər. 

Festivalın rəsmi hissəsi Dövlət himninin səslənməsi və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. 

Daha sonra bayram tonqalını Lənkəran ŞİH başçısı Taleh Qaraşov alovlandırıb, şəhid övladları tərəfindən sülh rəmzi olan göyərçinlər havaya buraxılıb. Festival çərçivəsində milli oyunlar, milli musiqilər, xalq rəqsləri, müxtəlif idman növləri üzrə idmançıların çıxışları, folklor nümunələri, eləcə də gənclərin hazırladıqları yaradıcı təqdimatlar nümayiş olunub.

Eyni zamanda, tədbirdə Lənkəran rayonunda fəaliyyət göstərən sahibkarlar tərəfindən istehsal etdikləri məhsullar nümayiş etdiirlib.

Qeyd edək ki, milli-mənəvi dəyərlərimizin təbliği, Novruz adət-ənənələrinin yaşadılması və gənclər arasında birlik və həmrəyliyin gücləndirilməsi məqsədilə keçirilən festivalda Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad rayonlarından olan gənclər, idmançılar, mədəniyyət nümayəndələri tərəfindən Novruzun qədim adət-ənənələrini əks etdirən müxtəlif proqramlar təqdim olunub.


N.Quliyeva


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva