• 31.08.2026 » 10:29

Yük qatarının qarşısına qəfil çıxan şəxs öldü

Yük qatarının qarşısına qəfil çıxan şəxs öldü © sabirabadxeber.az
Şrift ölçüsü:

Bu gün saat 05:05 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Xaçmaz stansiyasında hərəkət edən yük qatarının qarşısına qəfil insan çıxıb.

"Sabirabadxəbər" xəbər verir ki, maşinist təcilli tormozlama aparsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub, həmin şəxs vəfat edib.

"ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır. Nəzərə almaq lazımdır ki, diqqətsizlik, tələskənlik, qaydalara laqeyd münasibət bəzən arzuolunmaz hallara səbəb olur", - deyə səhmdar cəmiyyəti bəyan edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva